“Firebird AI” Ermənistanda 170 milyard dramlıq investisiya proqramı həyata keçirəcək

2026/04/1775888747.jpg
Oxunub: 406     12:59     30 Aprel 2026    
Ermənistan hökumətinin bugünkü iclasında prioritet sahədə həyata keçirilən investisiya proqramı çərçivəsində “Firebird AI” qapalı səhmdar cəmiyyəti idxal gömrük rüsumundan azad edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, bu şirkət tərəfindən təqdim olunan investisiya proqramının əsas məqsədi Ermənistanda superkompüter və məlumatların emalı mərkəzini (Data Center) yaratmaqdır.

“Bu mərkəz süni zəka həlləri və yüksək məhsuldarlıqlı hesablamalar (HPC) sahəsində ixtisaslaşacaq. Fəaliyyətin əsas növü məlumatların emalı, server sahəsinin təqdim edilməsi və bulud infrastrukturunun xidmətidir. Proqram Kotayk vilayətində həyata keçiriləcək. Şirkət 2025-ci ildə yaradılıb.

Proqram çərçivəsində ümumilikdə təxminən 170 milyard dram investisiya qoyulması nəzərdə tutulur. Bunun 5,7 milyard dramı tikinti işlərinin həyata keçirilməsinə, 139,8 milyard dramı əsas vəsaitlərin alınmasına, 24,5 milyard dramı isə xammalın alınmasına yönəldiləcək.

İnvestisiya proqramı çərçivəsində 2030-cu ilə qədər orta aylıq əməkhaqqı 400 min dram olan 40 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəşt almaq üçün təqdim edilən malların dəyəri 26,9 milyard dram təşkil edir. Gömrük rüsumundan azadolma güzəşti 2,6 milyard dram qiymətləndirilir”, - deyə məlumatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Firebird-AI   Ermənistan  


Bizi "telegram"da izləyin