Növbəti köç karvanı Xocavənd kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB

2026/04/gfhgf-1777536907.jpg
Oxunub: 602     13:46     30 Aprel 2026    
Xocavənd rayonunun eyniadlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb, sakinlərə açarlar təqdim edilib.

Ordu.az xəbər verir ki, kəndə köçürülən ailələr müasir tələblərə cavab verən evlərdə məskunlaşıblar.

***

Xocavənd rayonunun eyniadlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

Ordu.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.

Qeyd edək ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.

***

Xocavənd rayonunun eyniadlı kəndinə növbəti köç karvanı yola salınıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışı təmin edilib.

Qeyd edək ki, bununla da Xocavənd kəndinə köçürülən ailələrin sayı 66-ya (277 nəfər) çatıb.
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Köç  


Bizi "telegram"da izləyin