Emmanuel Makron mayın 5-də Gümrüyə səfər edəcək

2026/04/1777534929.jpg
Oxunub: 338     11:39     30 Aprel 2026    
Fransanın prezidenti Emmanuel Makron mayın 5-də dövlət səfəri çərçivəsində Gümrüdə olacaq və böyük konsertdə iştirak edəcək.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bugünkü iclasında təqdim olunan layihələrdən məlum olub.

Ermənistan hökuməti konsertin təşkili məqsədilə təxminən 393 milyon dramdan (bir milyon dollar) çox vəsait ayıracaq. “Mayın 5-də Gümrünün Vardanants meydanında Ermənistan və Fransa dostluğuna və mədəni əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş böyük konsertin təşkili planlaşdırılır.

Konsert proqramında erməni və fransız mövzusunda mahnılar səsləndiriləcək, onları Ermənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə erməni və fransız tanınmış artistlər ifa edəcəklər”, - deyə qərar layihəsində qeyd olunub. Konsertin keçirilməsi üçün Gümrünün seçilməsi, Ermənistan hökumətinin fikrincə, şəhərdə fransız dili və fransız mədəniyyətinə böyük marağın olması ilə bağlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Gümrü  


Bizi "telegram"da izləyin