Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan hakimiyyəti Avropa İttifaqı rəhbərliyi ilə birlikdə tədbiri anti-Rusiya marafonuna çevirməyi qarşısına məqsəd qoyub.
“Artıq məlumdur ki, Ukrayna prezidenti Zelenski Ermənistana gələcək. Məlumatlarımıza görə, çoxsaylı anti-Rusiya fəalları axtarılıb, tapılıb və hamısına dəvət göndərilib. Müxalif dairələr də əllərini yanlarına salıb oturmaq niyyətində deyil. Avropa nümayəndə heyətinin Ermənistanda olduğu günlərdə kütləvi aksiyalar planlaşdırılır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az