Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakop Badalyan yazıb.
“Bəs onlar Rusiyaya həm də nə ilə xidmət edirlər? Ermənistanda avroatlantik gündəliyi nüfuzdan salmaqla, bu vacib gündəliyi, həmin mühüm fəaliyyət istiqamətini anti-Rusiya mövqeyi ilə eyniləşdirməklə, assosiasiya etməklə, bu vacib fəaliyyət istiqaməti üçün meyar kimi özünəyetərli gündəliyin formalaşdırılmasını yox, anti-Rusiya mövqeyini müəyyən etməklə.
Və bu həm də Rusiyaya faydalıdır, çünki bu yolla Rusiya Ermənistanla bağlı daha bir “alibi” əldə edir. Eyni zamanda, bu yolla Ermənistanda avroatlantik gündəlik də marginallaşdırılır. İki ifrat prinsip işləyir. Ermənistanla bağlı bu prinsipin işləməsindən isə bütün geosiyasi aktorlar faydalanır.
Beləliklə, sadəcə vəziyyət və mənzərə üzərində bir qədər düşünmək qalır ki, praktiki olaraq “satılmışlıq” haradadır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az