“Past”: Ermənistanda inflyasiya yeni-yeni rekordlar müəyyən edir

2025/09/1758616510.jpg
Oxunub: 528     09:46     30 Aprel 2026    
2026-cı ilin mart ayında Ermənistanda 12 aylıq inflyasiya fevraldakı 4,3%-ə qarşı 4,5% təşkil edib, sürətlənmə meylini davam etdirib və inflyasiyanın hədəf intervalının yuxarı həddindən yüksək olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bu statistik göstəriciyə toxunan “Luys” fondu qeyd edir ki, bu, yüksək iqtisadi aktivlik şəraitində tələb tərəfindən qiymət təzyiqlərinin davam etməsi deməkdir, lakin təklif tərəfindən də təzyiqlər mövcuddur, bu da regional gərginlik və onun nəticəsində yaranan mümkün təchizat problemləri ilə şərtlənir: “Bu şəraitdə pul-kredit siyasətinin şərtləri hələ sərtləşdirilməyib, yenidən maliyyələşdirmə faiz dərəcəsi 6,5% səviyyəsində saxlanılıb”.

Müəllfin sözlərinə görə, yuxarıda qeyd olunan göstərici özlüyündə narahatedicidir, lakin məsələ ondadır ki, daha aztəminatlı təbəqələr üçün inflyasiya daha predmetli və hiss edilən şəkildə duyulur.

“Statistik” inflyasiya müxtəlif mal qruplarının qiymət hərəkətini özündə ehtiva edir və çox vaxt bir sıra birinci dərəcəli istehlak olmayan mallar daha az bahalaşa və ya ümumiyyətlə bahalaşmaya bilər, birinci zərurət malları isə daha böyük ölçüdə bahalaşa bilər. Məhz bu cür də Ermənistanda demək olar ki, həmişə olur, son dövrdə isə daha çox. Adi gözlə də görünür ki, birinci zərurət malları son illərdə sürətlə bahalaşır və xüsusilə aztəminatlı təbəqənin onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdırır. Əgər aprel ərzində yeni bahalaşmaların qeydə alındığını (yanacaq, tərəvəz, ət və s.) əlavə etsək, onda mənzərə daha aydın olacaq. Bir sözlə, hakimiyyət və ona “yaxın” şəxslər varlanır, xalq isə getdikcə daha da yoxsullaşır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin