“Hraparak”: Ermənistan MTX-də xüsusi bölmə köç etmiş şəxslərə nəzarət edir

2026/02/1771614716.jpg
Oxunub: 459     09:26     30 Aprel 2026    
“Hüquq-mühafizə orqanından alınan məlumata görə, hələ 2023-cü ildə, Qarabağın itirilməsindən sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətində, belə demək mümkündürsə, (könüllü-red.) köç etmiş şəxslər bölməsi açılıb və orada “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “təhlükəsizlik xidməti”ndə işləmiş, Ermənistana gəlmiş “vəzifəli şəxslər” işə yerləşdirilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, məhz onların vasitəsilə köç etmiş “xadimlər”in və ümumiyyətlə, köç etmiş şəxslərin hərəkətləri nəzarətdə saxlanılır, “Qarabağ çevrələri”ndə nələrin baş verdiyi barədə hakimiyyətə informasiya ötürənlər də onlardır.

“Kandaz işi üzrə də belə cəlbetmə olub, Artur Avetisyanla Kandaz işi üzrə mümkün əlaqələri ola biləcək bütün şəxsləri toplayıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin