Sabiq erməni səfir: “Bir neçə həftə əvvəl Ermənistan hərbçilərinin bəzi mövqelərindən geri çəkilməsi barədə məlumat yayılmışdı”

2026/04/1777477773.jpg
Oxunub: 494     19:40     29 Aprel 2026    
“Seçkiqabağı təşviqat ətrafındakı səs-küy fonunda hakimiyyət güzəştlərə gedəcək və ya özlərinin dediyi kimi sərhədin dəqiqləşdirilməsinə gedəcək, seçkilərdən sonra isə cəmiyyət sadəcə baş vermiş fakt qarşısında qoyulacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq fövqəladə və səlahiyyətli səfiri Zyunik Ağacanyan bildirib.

Onun sözlərinə görə, guya delimitasiya adlandırılan proses çərçivəsində fasilə olmayıb, prosesin ictimai sahədə görünməməsi isə 2024-cü ildə “Müqəddəs mübarizə” çərçivəsində geniş ictimai müqavimətlə bağlı idi.

“Bundan başqa, Ermənistan və Azərbaycan hakimiyyəti arasında belə bir anlaşma var ki, Ermənistanda ölkə rəhbərliyinə indiki siyasəti həyata keçirmək üçün gətirilmiş hakim qüvvənin sabitliyi həmin halda təhlükə altına düşə bilər. Bununla əlaqədar prosesləri pərdəarxasında davam etdirmək, açıq proseslər başlatmamaq barədə qərar qəbul olunub. Məqsəd bu gündəliyi seçkilərdən sonra daha böyük intensivliklə irəli aparmaqdır və gözlənilir ki, Ermənistan hakimiyyəti parlamentdə mütləq çoxluq əldə edəcək. Onların hesablamalarına görə, bu, həmin proseslərdə ictimai rəyi nəzərə almaq zərurətini aradan qaldıracaq və onlar düşünürlər ki, bunu parlament səviyyəsində irəli aparmaq mümkün olacaq. Əminəm ki, Ermənistanın yeni Konstitusiyasında referendum keçirmək şərtini yan keçməyə və Azərbaycan xeyrinə ərazi güzəştləri etməyə imkan verəcək müddəalar nəzərdə tutulub”, - deyə Ağacanyan bildirib.

Ağacanyanın fikrincə, Ermənistan hakimiyyətinin aşağı reytinqini nəzərə alaraq onlar heç olmasa müəyyən dəstək almağa çalışırlar.

“Bunun müqabilində Azərbaycan xeyrinə ərazi güzəştləri nəzərdə tutulur, çünki Bakı qarşılığında heç nə almadan heç nə etmir. Eyni hal Türkiyəyə də aiddir”, - deyə o vurğulayıb.

Ağacanyanın fikrincə, Azərbaycan hökumətinin Baş nazir müavini Şahin Mustafayevin Ermənistana səfərinin gündəliyi edilməli güzəştlərin yekunlaşdırılması ilə bağlıdır. “Bir neçə həftə əvvəl Ermənistan hərbçilərinin bəzi mövqelərindən geri çəkilməsi barədə məlumat yayılmışdı. Bu hadisə də bütün bunların çərçivəsinə sığa bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağacanyan   Ermənistan  


Bizi "telegram"da izləyin