Şahin Mustafayevlə görüşdə kimlər iştirak edib?

2026/04/1777475819.jpg
Oxunub: 1479     19:14     29 Aprel 2026    
Bu gün Ağörən (Ağverən) qəsəbəsində erməni və azərbaycanlı iş adamları arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşrə görə, görüşdə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.

“Məlumatımıza əsasən, erməni iş adamları tərəfindən görüşdə Samvel Aleksanyan, Sukiasyanlar ailəsinə məxsus “Ran Oil” şirkətinin direktoru Boris Hovhannisyan və digərləri iştirak ediblər.

Qeyd edək ki, “News.am”n kamerası görüşdən sonra ərazini tərk edən avtomobil karvanını qeydə alıb. Azərbaycanın Baş nazirinin müavini onlarla avtomobildən ibarət təhlükəsizlik əməkdaşları tərəfindən müşayiət olunurdu”, - deyə müəllif qeyd edib.

Nəşrin məlumatına görə, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti artıq “Zvartnots” Beynəlxalq Hava Limanındadır və Azərbaycana yola düşməyə hazırlaşır.

“Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi “News.am”a açıqlamasında KİV-lərdə yayılan məlumatı təsdiqləmişdi. Məlumat belə idi ki, Azərbaycanın Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistandadır.

“Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib. Mətbuata əlavə məlumat veriləcək”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin