Ermənistan KİV-i: Azərbaycan nümayəndə heyəti Ağörəndən ayrılıb

2026/04/1777468723.jpg
Oxunub: 544     17:17     29 Aprel 2026    
Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin karvanı az əvvəl Ağörəndən (Ağverən) ayrılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Apricot Hotels & Resort” hotelində olub.

Nəşrin müxbirinin sözlərinə görə, hotelə gedən yol polis tərəfindən bağlanmışdı, jurnalistlərin hotel ərazisinə yaxınlaşmasına icazə verilmirdi.

“Məlumata görə, Şahin Mustafayev erməni iş adamları ilə görüş keçirirdi.

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi “News.am”a açıqlamasında Azərbaycan Baş nazir müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olduğunu təsdiqləmişdi.

“Azərbaycan nümayəndə heyəti baş nazir müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Mətbuata əlavə məlumat veriləcək”, - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, bundan əvvəl Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Şahin-Mustafayev  


Bizi "telegram"da izləyin