Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə birinciliyin püşkatma mərasimi keçirilib. Mərasimdə iştirakçı komandaların nümayəndə heyətləri, hakimlər və komissiyanın üzvləri iştirak ediblər.
Qeyd edək ki, yarışda ümumilikdə 15 komanda mübarizə aparır.
Oyunlar Azərbaycan Ordusunun hərbi qulluqçusu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi Nail Nağıyev və MOİK-in qurumlar üzrə baş məşqçisi Elnur Əliyev tərəfindən idarə olunur.
Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər. Bu mərhələnin qalibləri birincilik uğrunda final görüşündə mübarizə aparacaqlar.
Sonda qalib komandalar mükafatlandırılacaq.
Ordu.az