“News.am”: Şahin Mustafayev doğulduğu Cucevan kəndinə gedəcəkmi?

2025/08/1756210981.jpg
Oxunub: 504     16:14     29 Aprel 2026    
“Shamshyan.com”un məlumatına görə, Ermənistana gələn Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev doğulduğu yerə, yəni Tavus vilayətinin Cucevan yaşayış məntəqəsinə getmək istəyini bildirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

“News.am” Şahin Mustafayevin səfərinin nəzərdə tutulub-tutulmadığını öyrənmək üçün Cucevan yaşayış məntəqəsinin inzibati rəhbəri Hambartsum Petrosyanla əlaqə saxlayıb. Suala cavab olaraq Petrosyan bildirib: “Kənddə hazırda hərəkətlilik yoxdur. Sadəcə jurnalistlər zəng edib dedilər ki, belə bir şey var”.

Erməni inzibati rəhbər belə məlumata malik olmadığını qeyd edib.

“Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi “News.am”a açıqlamasında Azərbaycan Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olması barədə KİV-də yayılan məlumatı təsdiqləmişdi.

“Azərbaycandan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Mətbuata əlavə məlumat veriləcək”, - deyə XİN-dən bildirmişdilər.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahin-Mustafayev   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin