Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ağörəndəki “Apricot Hotels & Resort” hotelindədir

2026/04/1777465169.jpg
Oxunub: 435     16:09     29 Aprel 2026    
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti hazırda Ağörəndəki (Ağverən) “Apricot Hotels & Resort” hotelindədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşrin müxbirinin məlumatına görə, hotelə gedən yolu polislər bağlayıblar, jurnalistlərin hotelin ərazisinə yaxınlaşmasına icazə vermirlər.

“Şahin Mustafayevin erməni iş adamları ilə görüş keçirdiyi barədə məlumatlar var.

Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi “News.am”a açıqlamasında Azərbaycan Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olması barədə KİV-də yayılan məlumatı təsdiqləmişdi.

“Azərbaycandan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Mətbuata əlavə məlumat veriləcək”, - deyə XİN-dən bildirmişdilər.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahin-Mustafayev   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin