Azərbaycan və Aİ ikitərəfli münasibətlərin inkişafını müzakirə edib - FOTOLAR

2026/04/photo-5332392885.jpg
Oxunub: 335     15:56     29 Aprel 2026    
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç ikitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Səməd Seyidov "X" hesabında yazıb.

"Biz Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı məsələlərinə dair konstruktiv fikir mübadiləsi apardıq, həmçinin siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - o yazıb.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan    


Bizi "telegram"da izləyin