İranla sərhəddə yeni gömrük keçid məntəqəsi inşa olunacaq

2026/04/1777461349.jpg
Oxunub: 365     15:06     29 Aprel 2026    
Bu yaxınlarda İranla sərhəddə “Ağbənd” gömrük keçid məntəqəsi inşa olunacaq.

Ordu.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, bununla əlaqədar Araz çayı üzərində yeni körpü salınacaq.

“İntensiv tikinti işləri aparılır. İşlər yaxın vaxtlarda yekunlaşacaq. Həmçinin piyadaların keçidi üçün imkanlar yaranacaq”, - deyə komitə sədri qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin