Kobaxidze: "Mayın sonuna qədər ABŞ ilə qarşılıqlı əlaqələr aktivləşəcək"

2026/02/1772042568.jpg
Oxunub: 287     15:04     29 Aprel 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın sonuna qədər Tbilisi və Vaşinqton arasında qarşılıqlı əlaqələrin aktivləşdirilməsi planları barədə bildirib.

Ordu.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

Baş nazirin sözlərinə görə, mayın sonuna qədər bir sıra istiqamətlər üzrə konkret nəticələr gözlənilir və tərəflər arasında kommunikasiya nəzərəçarpacaq dərəcədə dərinləşəcək.

"Mayın sonuna qədər müəyyən istiqamətlərdə konkret nəticələr görəcəksiniz. Kommunikasiya qurulacaq. Məhz nəyin necə baş verəcəyi barədə təfərrüatları açıqlaya bilmərəm, ancaq görəcəksiniz ki, mayın sonuna qədər Gürcüstan və ABŞ arasında ünsiyyət dərinləşəcək", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin