Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “24News” nəşri öz mənbələrinə istinadən yazır.
Qeyd edək ki, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi açıqlamasında Azərbaycan Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olması barədə KİV-də yayılan məlumatı təsdiqləmişdi.
“Azərbaycandan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Əlavə mətbuat məlumatı veriləcək”, - deyə Ermənistan XİN-dən bildirmişdilər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir.
Alpər Mövludoğlu
Ordu.az