Ordu.az xəbər verir ki, bu barədə “News Media” şirkətinin erməni əsilli baş direktoru Aram Qabrelyanov “Facebook” sosial şəbəkəsində Azərbaycan Baş nazirinin müavininin İrəvana səfərini şərh edərək yazıb.
“300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Kotayk vilayətinin Arzakan, Geranis və Marmarik yaşayış məntəqələrinə, Göyçə vilayətinin (Göyçə gölü yaxınlığında, hazırda Azərbaycanın nəzarəti altında olan Kəlbəcər sərhədində) Vardenis, Zod, Ağbradzor, Çağkunk, Lçap və Tsovazard icmalarına, Armavir vilayətinin Çağkalanç, Qriboyedov və Haykaşen kəndlərinə, həmçinin Araqatsotn vilayətinin Bazmağbyur və Saralanç yaşayış məntəqələrinə. Böyük köçürülmə proqramının həyata keçirilməsinə seçkilərdən dərhal sonra başlanacaq. Həmin vaxt Zəngəzur vilayətinə aid “Ümumi ev” layihəsinin müqaviləsi də imzalanacaq”, - deyə Qabrelyanov yazıb.
Alpər Mövludoğlu
Ordu.az