Mirzoyan və Jan-Noel Barro strateji tərəfdaşlığın inkişafına yönəlmiş addımları müzakirə ediblər

2026/04/1777453493.jpg
Oxunub: 358     13:03     29 Aprel 2026    
Aprelin 28-də Parisdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ararat Mirzoyan və Jan-Noel Barro Parisdə Ermənistanın diplomatik nümayəndəliyinin yeni iqamətgahının seçilməsini və rəsmi açılışını məmnunluqla vurğulayıblar.

“Bu, iki ölkə arasında tərəfdaşlığın daha da dərinləşdirilməsinin ən yaxşı təzahürlərindən biri hesab olunur. Nazirlər Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş addımları müzakirə edərək, Fransa Prezidenti Makronun İrəvana qarşıdakı səfərinin əhəmiyyətini vurğulayıblar. Əsas sahələrdə əməkdaşlığın qarşıdakı proqramlarına da toxunulub. Həmsöhbətlər regional və beynəlxalq proseslər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan  


Bizi "telegram"da izləyin