Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Bugünkü hadisə regional qarşılıqlı bağlılığın və sülhün möhkəmləndirilməsi üçün mühüm mərhələdir. Ermənistan və Türkiyə rəsmiləri Türkiyənin Qars şəhərində görüş keçiriblər. Görüş zamanı Qars-Gümrü dəmir yolunun yenidən qurulması üzrə birgə işçi qrupunun yaradıldığı elan edilib. Bu dəmir yolu bir əsrdən çox müddət ərzində 1993-cü ilin iyulunadək, son qatar Türkiyə-Ermənistan sərhədini keçənə qədər regionu birləşdirən əsas ticarət və tranzit marşrutu olub”, - deyə səfir yazıb.
Onun sözlərinə görə, əldə edilən irəliləyiş “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (Zəngzəzur dəhlizi-red.) təşəbbüsü çərçivəsində irəli aparılan baxışı əks etdirir, həmçinin ABŞ Prezidentinin rəhbərliyi ilə avqustun 8-də Ağ Evdə keçirilmiş tarixi sülh sammitinin nəticələri ilə uzlaşır.
Diplomat vurğulayıb ki, Ankara və İrəvanın iqtisadiyyatları və xalqları arasında əlaqələrin bərpasına yönəlmiş son addımlarını alqışlayır. Onun qiymətləndirməsinə görə, yeni Cənubi Qafqaz, qarşılıqlı bağlı və sülh içində olan region formalaşır.
“Bu regionun inkişafı sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş kursa uyğundur. Qarsda keçirilən görüş Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində baş tutub. Dəmir yolu əlaqəsinin bərpası məsələləri üzrə işçi qrupunun yaradılması bu istiqamətdə atılan əsas praktiki addımlardan biri kimi qiymətləndirilir”, - deyə səfir bildirib.
Alpər Mövludoğlu
Ordu.az