Ordu.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.
Bakıda keçirilən danışıqlarda, həmçinin kadr və maliyyə siyasətinə, daşınmaz əmlakın idarə edilməsinə və informasiya təhlükəsizliyinə nəzarət edən aidiyyəti sahələrin rəhbərləri də iştirak ediblər.
Görüş zamanı tərəflər müasir şəraitdə diplomatik xidmətlərin rolu və milli maraqların səmərəli şəkildə irəli çəkilməsi üçün onların daha da təkmilləşdirilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Qazaxıstan və Azərbaycanın XİN-lərinin kadr siyasəti məsələlərinə, o cümlədən diplomatların seçimi prosedurlarının və onların peşəkar hazırlığının yaxşılaşdırılması üzrə yanaşmalara xüsusi diqqət yetirilib.
"Tərəflər, həmçinin diplomatik nümayəndəliklərin fəaliyyətinin maliyyə təminatı və büdcə planlaşdırılmasının əsas aspektlərini, eləcə də diplomatik xidmət əməkdaşlarının mövcud təşviqetmə mexanizmlərini müzakirə ediblər. Səfərin yekunlarına əsasən, tərəflərin əməkdaşlığın daha da dərinləşdirilməsində, müntəzəm təcrübə mübadiləsində və XİN xətti ilə birgə təşəbbüslərin həyata keçirilməsində qarşılıqlı marağı təsdiqlənib", - məlumatda bildirilib.
Ordu.az