Ermənistan XİN Şahin Mustafayevin İrəvanda olduğunu təsdiqləyib

2025/08/1756210981.jpg
Oxunub: 398     12:15     29 Aprel 2026    
Ermənistan Xarici İşlər Nazirliyi mediada yayılan, Azərbaycan Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistanda olması ilə bağlı məlumatı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

“Azərbaycan nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistana gəlib. Mətbuata əlavə açıqlama veriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Nəşr qeyd edib ki, daha əvvəl Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dövlət səfəri ilə Ermənistana gəldiyi barədə məlumat yayılmışdı.

“Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin