Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, dəyişikliklər dövründə bir sıra istiqamətlər üzrə münasibətlər də dəyişir, onların formatı və qavrayışı da dəyişir.
“Gördüyümüz kimi, bu gün Rusiya-Ermənistan münasibətlərində ön planda Avrasiya İqtisadi Birliyi ətrafında cəmləşən iqtisadi əməkdaşlıqdır. Avrasiya İqtisadi Birliyinə üzvlük və həmin əməkdaşlıq sayəsində bu illər ərzində həm ticarət-iqtisadi əlaqələr dərinləşib, həm Ermənistanın iqtisadi göstəriciləri dəyişib, həm də qazın qiyməti beynəlxalq qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Avropa İttifaqına inteqrasiya, təbii ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindəki gedişinə zərbə vuracaq. Bunun yaxşı, yoxsa pis olduğunu Ermənistanda qiymətləndirəcəklər. Amma iki iqtisadi zonanı birləşdirmək mümkün deyil, bunu hamı bilir. Ermənistanda Rusiya ilə iqtisadi əməkdaşlığı qorumaq, Qərblə isə siyasi əməkdaşlığı dərinləşdirmək istəyirlər. Bu modelin nə qədər davam etdirilə biləcəyini zaman və gələcək geosiyasi proseslər göstərəcək”, - deyə Lukyanov bildirib.
Rusiya xarici işlər nazirinin müavininin səfirlərlə məsləhətləşmələrinə gəlincə, analitik hesab edir ki, münasibətlərdə dəyişikliklər nəticəsində rəsmi şəxslər, xarici işlər nazirləri arasında təmaslar da dəyişir.
“Ona görə də təmaslar başqa, daha aşağı səviyyələrdə razılaşmaların icrası, gündəliyin müzakirəsi və digər məsələlər məqsədilə aparılır”, - deyə analitik bildirib.
Alpər Mövludoğlu
Ordu.az