“Past”: Rusiya “Moldova ssenarisi” barədə xəbərdarlıq edir

2026/04/1777443914.jpg
Oxunub: 338     17:14     30 Aprel 2026    
“Moldova və Ermənistanda çoxsaylı qeyri-hökumət təşkilatları Rusiya ilə münasibətləri nüfuzdan salmaq istiqamətində iş aparırlar”.

Ordu.az xəbər verir ki, bunu Moskvada keçirilən “Kollektiv təhlükəsizliyin yeni arxitekturasının konturları: KTMT informasiya-analitik tərəfdaşlığının aktual məsələləri” konfransı çərçivəsində jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.

“Statistikaya baxsaq, hazırda Moldovada təxminən 14 min QHT, Ermənistanda isə təxminən 9 min QHT qeydiyyatdan keçib. Onların bəlkə də hamısı yox, amma böyük hissəsi açıq şəkildə ikitərəfli münasibətləri, yaxın xaric ərazisində inteqrasiya proseslərini nüfuzdan salmaq istiqamətində işləyir”, - deyə Şevtsov bildirib.

Ermənistanın “Past” nəşri yazır ki, rusiyalı yüksəkvəzifəli rəsminin Ermənistan və Moldova ilə bağlı bu müqayisəsi təsadüfi deyil.

“Moskva uzun müddətdir xəbərdarlıq edir ki, Ermənistan hakimiyyəti də Avropa İttifaqı ilə birlikdə Ermənistanda “Moldova ssenarisi” cızır. Həmin ssenariyə əsasən, Moldovada iri müxalifət birliklərinə parlament seçkilərində iştirak sadəcə qadağan edildi və Maya Sandunun qələbəsi təmin olundu.

Avropa İttifaqı həmin ssenarini Ermənistanda tətbiq etmək üçün hər şeyi edir. Üstəlik, Moldovada artıq təcrübə qazanmış ekspertlər, mütəxəssislər və analitiklər əsasən Ermənistana köçürülüb və ya eyni şeyi Ermənistanda təkrarlamaq üçün uzaqdan məsləhətlər verirlər.

Paşinyan hakimiyyəti “Moldova ssenarisi”ni Ermənistanda işə salmaq niyyətini gizlətmir. Rusiya isə hələlik yalnız xəbərdarlıqlarla kifayətlənir. Bunun nə qədər aydın olacağı yaxın vaxtlarda görünəcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin