“Tramp yolu” Cənubi Qafqazda nəqliyyat əlaqəsi problemini həll etməyəcək” - Zaboyev

2026/04/1777443867.jpg
Oxunub: 365     10:29     29 Aprel 2026    
“Tramp yolu” (Zəngəzur dəhlizi-red.) həyata keçirilsə, yalnız bir istiqamət üzrə daşımaları təmin edə biləcək və Cənubi Qafqazda kompleks nəqliyyat əlaqəsi problemini həll etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu İrəvanda “Orbeli” mərkəzinin təşkil etdiyi “Regional hadisələr və “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinin perspektivləri” tədbiri zamanı Avrasiya İnkişaf Bankının inteqrasiya tədqiqatları mərkəzinin rəhbəri Aleksandr Zaboyev bildirib.

Zaboyevin sözlərinə görə, “Sülh kəsişməsi” təşəbbüsü bu baxımdan daha kompleks layihədir, “Tramp yolu” isə onun bir elementidir.

“Sülh kəsişməsi” artıq mövcud olan nəqliyyat infrastrukturlarının bərpasına investisiyalar nəzərdə tutur. Bəzi hallarda infrastrukturların bərpası dağlıq ərazilərdən tunellərlə yeni yolların çəkilməsindən daha asan və ucuzdur”, - deyə o qeyd edib.

Eyni zamanda layihənin həyata keçirilməsi böyük dərəcədə beynəlxalq dəstəyin səviyyəsindən asılıdır.

Ekspert vurğulayıb ki, təşəbbüs region ölkələrinin maraqlarını uzlaşdırmağın mümkün olduğu beynəlxalq platformalarda irəli aparılmaq üçün əhəmiyyətli potensiala malikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp-Yolu   TRIPP   Zəngəzur  


Bizi "telegram"da izləyin