Ermənistanda radikal müxalifət mitinqə hazırlaşır

2026/04/1777443787.jpg
Oxunub: 526     10:22     29 Aprel 2026    
“Məlumatımıza görə, Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku böyük mitinqə hazırlaşır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, mitinqin mayın 8-də, yəni iyunun 7-də keçiriləcək ümumxalq seçkilərinin rəsmi seçkiqabağı təşviqat kampaniyasının başlanacağı gün keçirilməsi planlaşdırılır.

“Blokdan bu xəbəri aydınlaşdırmırlar, lakin məlumatımıza görə, bu dəfə mitinqi aprelin 11-də etdikləri kimi Azadlıq meydanında, yəni Operada deyil, daha böyük və tutumlu olan Respublika meydanında keçirməyi planlaşdırırlar.

Seçkiqabağı təşviqat kampaniyasının elə başlanğıcında “güclülər”, faktiki olaraq, özlərinin dediyi kimi, “kiçik qrup”a xoş olmayan sürpriz təqdim etmək və onsuz da qorxuya düşmüş “Vətəndaş Müqaviləsi” üzvlərini psixoloji təzyiq altında saxlamaq qərarına gəliblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin