Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
“Joğovurd” qəzetinin məlumatına görə, hazırda 19 siyasi qüvvə kampaniyaya haradan və hansı formatda başlayacağını dəqiqləşdirməyə çalışır.
“Qəzetin əldə etdiyi məlumata əsasən, müxalifət qüvvələri də təşviqat kampaniyasına böyük mitinqlə başlamağı planlaşdırırlar.
Hakimiyyət də kampaniyaya necə başlayacağı ilə bağlı plan hazırlayır. Yeri gəlmişkən, aydındır ki, “Vətəndaş Müqaviləsi” üzvləri yenə avtobuslarla müxtəlif vilayətləri gəzəcək, Nikol Paşinyanın sosial şəbəkə səhifəsində canlı yayım formatından istifadə edəcəklər.
Xatırladaq ki, təşviqat kampaniyasının başlanmasından əvvəl də Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” üzvləri özlərinin “şən avtobus” adlandırdıqları nəqliyyat vasitəsi ilə Ermənistanın müxtəlif vilayətlərində, İrəvanın müxtəlif inzibati rayonlarında gəzərək təşviqat aparıblar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az