Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, siyahının arxa sıralarında yer alan hazırkı deputatlar partiyadaxili seçkilər və siyahının tərtibi zamanı baş verən ədalətsizliklə barışa bilmirlər.
“Onlar hesab edirlər ki, bəziləri tanış-qohum prinsipi ilə onların mandatlarını əllərindən alıblar. Xüsusilə Arayik Harutyunyanla birləşən şəxslər qazanan tərəf olublar. Onlardan biri olan David Danielyanı “Vətəndaş Müqaviləsi”nin idarə heyəti seçiciləri öz xeyrinə yönləndirdiyinə görə siyahıdan çıxarıb.
Bildirilir ki, ilk 50-likdə yer alan Araqatsotn vilayəti qubernatorunun müavini Milada Hovhannisyan da qardaşı, baş nazir aparatının əməkdaşı Suren Hovhannisyanın təşviqatı ilə öz yerini qazanıb. Qardaşı da siyahıda 65-cidir.
“Vətəndaş Müqaviləsi” üzvləri narazıdırlar: niyə indi “can qoymalıdırlar” ki, Arayikin adamları deputat olsunlar?”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az