Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, müxalif dairələrlə hətta uzaq qohumluq və ya yaxın münasibəti olan şəxslər “birgə işi davam etdirməyi artıq məqsədəuyğun hesab etmirik” izahı ilə işdən uzaqlaşdırılırlar.
“Daha sonra isə dolayı yollarla onlara müxalifətlə əlaqəyə görə işdən çıxarıldıqları bildirilir. Üstəlik, bəzi şəxslərin, məsələn, 3-4 il əvvəl sonuncu dəfə görüşdüyü müxalif qohumuna görə işdən azad edilməsi vəziyyətin nə qədər absurd olduğunu göstərir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az