İran Müdafiə Nazirliyi: ABŞ artıq Tehrana şərt diktə edə bilməz

2026/04/1777437793.jpg
Oxunub: 553     08:07     29 Aprel 2026    
“ABŞ artıq başqa ölkələrə, o cümlədən İrana “şərt diktə edə” bilməz”.

Ordu.az xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin nümayəndəsi Rza Talayi-Nik bildirib.

“ABŞ artıq öz siyasətini müstəqil dövlətlərə diktə etmək iqtidarında deyil”, - deyə o, hərbi əməliyyatlar zamanı İranın dayanıqlılığına işarə edərək bildirib.

İran Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, Vaşinqton sülh razılaşmasına nail olmaq üçün irəli sürdüyü “qanunsuz və irrasional tələblərindən” imtina etməyə məcbur olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin