Banqladeşin üç vətəndaşı Ermənistanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edib, məhkəmə hökmü açıqlayıb

2026/04/1777404556.jpg
Oxunub: 389     23:12     28 Aprel 2026    
Banqladeşin üç vətəndaşı Şirak vilayətində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən qorunan sahədən, sakinlər üçün qadağan olunmuş yerdən yan keçərək Gürcüstana daxil olmağa cəhd ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, onlar sərhəd zolağına daxil olma ilə bağlı xəbərdaredici lövhələri keçmək, Ermənistanın dövlət sərhədindən buraxılış məntəqələrindən yan keçmək, müəyyən edilmiş sənədlər və müvafiq icazə olmadan Ermənistanın dövlət sərhədini keçmək və Gürcüstan Respublikasına daxil olmaq istəyiblər.

Qeyd edilir ki, hadisə bu il fevralın 24-də baş verib. Ermənistan MTX sərhədçiləri Murad Hossani, Şakil Xan və Razib Əhməd Xanı aşkarlayıb və cinayətin qarşısını alıblar.

Bildirilir ki, Şirak vilayətinin birinci instansiya məhkəməsi hakim Varsenik Melkonyanın sədrliyi ilə banqladeşliləri təqsirli bilib. Təqsirləndirilən şəxslər günahlarını etiraf etsələr də, məhkəmə hesab edib ki, yalnız bu hal onların cəza çəkməsini təmin etmədən Ermənistan Cinayət Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmağın mümkün olduğunu qeydə almaq üçün kifayət deyil.

“Buna görə məhkəmə qeyd edib ki, cəzanın məqsədlərinə çatmaq üçün Murad Hossani, Şakil Xan və Razib Xan onlara təyin edilmiş cəzanı çəkməlidirlər. Bundan əlavə, qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün Murad Hossani, Şakil Xan və Razib Xan barəsində əlavə cəza kimi 5 il müddətinə Ermənistan ərazisindən Banqladeş Xalq Respublikasının ərazisinə deportasiya təyin etmək zəruridir”, - deyə məlumatda qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Banqladeş  


Bizi "telegram"da izləyin