Ermənistan BQ rəisi rəsmi səfərlə Hindistana gedib

2026/04/1777394490.jpg
Oxunub: 412     20:37     28 Aprel 2026    
2026-cı il aprelin 27-də Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan rəsmi səfərlə Hindistan Respublikasına gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Hindistan Müdafiə Nazirliyində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın qarşılanma mərasimi keçirilib, bundan sonra general-leytenant Asryan Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi general Anil Çauhan ilə təkbətək görüş keçirib.

“Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü baş tutub. Tərəflər müdafiə sahəsində Ermənistan ilə Hindistan arasında əməkdaşlığın hazırkı gedişinə dair məsələləri müzakirə edib, ikitərəfli əməkdaşlıq planı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrini yekunlaşdırıblar. Həmçinin regional təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunulub. Görüşün sonunda peşəkar bir sıra istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılaşmalar əldə edilib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin