Ordu.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsindəki mikrobloqunda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono yazıb.
Avropa İttifaqının xüsusi nümayəndəsi həmçinin qeyd etdiyi görüşlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına keçidi də paylaşıb.
“Avropa İttifaqı regionda bağlantı imkanlarının inkişafına və Ermənistanla Türkiyə arasında tam normallaşma yolunda atılmış bu yeni mühüm addıma tam dəstək verir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az