Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqlənib

2026/04/1777383529.jpg
Oxunub: 405     17:29     28 Aprel 2026    
Gürcüstan parlamenti Geka Geladzenin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təyinatını təsdiqləyib.

Ordu.az xəbər verir ki, plenar iclasda keçirilən səsvermə nəticəsində o, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçilib.

Məlumata görə, Geladzenin namizədliyini 85 deputat dəstəkləyib, 12 nəfər isə əleyhinə səs verib.

Qeyd olunub ki, səsvermədən əvvəl namizəd parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin qapalı iclasında dinlənilib.

Məlumata görə, parlament Geka Geladzeni bu vəzifəyə 6 il müddətinə təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geladze   Gürcüstan  


Bizi "telegram"da izləyin