ABŞ səfirliyi Ermənistan və Türkiyə arasında əlaqələrin bərpası istiqamətində konkret addımları alqışlayır

2026/02/1770731006.jpg
Oxunub: 388     17:33     28 Aprel 2026    
ABŞ-nin Ermənistandakı səfirliyi Ermənistan və Türkiyə arasında onilliklər boyu bağlı qalmış iqtisadi və ictimai əlaqələrin bərpası istiqamətində atılan bu konkret addımları alqışlayır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

“Dinc və firavan Cənubi Qafqazın qurulması yolunda tarixi irəliləyiş.

Bu gün Qarsda erməni və türkiyəli rəsmilərin Qars-Gümrü dəmir yolunun yenidən qurulması məsələləri üzrə birgə işçi qrupu yaratmaq üçün görüşü keçirildi. Ermənistan və Türkiyə arasında bu əsas bağlantının bərpası regional kommunikasiya xətlərinin açılması və regional sabitliyin təmin olunması istiqamətində mühüm addımdır. Bu cür dönüş nöqtəsi sayılan inkişafların əsası avqustun 8-də Prezident Trampın ev sahibliyi etdiyi Vaşinqton sammitində hazırlanmışdı.

ABŞ-nin Ermənistandakı səfirliyi Ermənistan və Türkiyə arasında onilliklər boyu bağlı qalmış iqtisadi və ictimai əlaqələrin bərpası istiqamətində atılan bu konkret addımları alqışlayır”, - deyə bəyanatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin