Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü keçirilib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, regionun nəqliyyat əlaqələrinin genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun qısa müddətdə istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Türkiyə