Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub - FOTOLAR

2026/04/17773-1777381044.jpg
Oxunub: 379     16:24     28 Aprel 2026    
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırmızı-Bazar   Köç  


Bizi "telegram"da izləyin