Ötən gün saxlanılan erməni kəşfuiyyatçı Qarabağda xüsusi təyinatlı bölmələrindən birinin rəhbəri olub? – Sabiq erməni nazir açıqladı

2025/07/1752569690.jpg
Oxunub: 365     16:30     28 Aprel 2026    
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ötən gün saxlanılan “Güclü Ermənistan” blokunun nümayəndəsi və erməni kəşfiyyatçı Artur Avanesyan haqqında danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

24TV-yə verdiyi müsahibədə keçmiş erməni nazir Avanesyanı tanıyıb-tanımadığı barədə suala cavab olaraq bildirib: “Mən onu “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) xüsusi təyinatlı bölmələrindən birinin rəhbəri kimi tanıyıram”.

Məlumata görə, “Güclü Ermənistan” blokunda təhlükəsizlik və müdafiə üzrə məsul şəxs olan Avanesyan ötən gün saxlanılıb, daha sonra isə seçkiqabağı rüşvət vəd etmək ittihamı ilə həbs edilib.

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi Artur Avanesyanla bir sıra şəxslər arasında gizli dinlənilmiş söhbətləri yayımlayıb. Bütün həmsöhbətlər Qarabağda yaşamış ermənilərin ləhcəsində danışırlar və kontekstdən göründüyünə görə, onlar Avanesyanın döyüş yoldaşlarıdır, çünki ona “komandir” deyə müraciət edirlər.

Səs yazılarında koalisiya qurmaq və seçkilərə hazırlaşmaq imkanı müzakirə olunur. Həmsöhbətlər özləri vəziyyəti dəyişməyin zəruriliyi barədə fikirlərini ifadə edir və işsizlikdən şikayətlənirlər. Həmsöhbətlərdən biri özü iş tapmaq üçün partiyaya qoşulmaq istədiyini bildirir. Cavab olaraq Avanesyan seçkilərdə qələbədən sonra iş, torpaq və bayram olacağını qeyd edir. Beləliklə, səs yazısına əsasən, Avanesyan yalnız partiya nümayəndələri və liderləri tərəfindən rəsmi şəkildə səsləndirilən deyil, həm də siyasi qüvvələrin seçkiqabağı proqramlarında təsbit olunan vədləri verməkdə ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Avanesyan  


Bizi "telegram"da izləyin