Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

2026/04/1777375475.jpg
Oxunub: 369     14:40     28 Aprel 2026    
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Zurab Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədri olub.

Bu barədə Ordu.az Gürcüstan mediasına istinadən xəbər verir.

Acarıstan Ali Şurası səsvermə nəticəsində Pataradzeni hökumət sədri vəzifəsinə təyin edib və Nazirlər Kabinetinin üzvlərini təsdiq edib.

Acarıstanın səhiyyə və sosial müdafiə naziri Nino Nijaradze, Acarıstanın təhsil və idman naziri - Maya Xacişvili, Acarıstanın mədəniyyət naziri - Eliso Bolkvadze, Acarıstanın kənd təsərrüfatı naziri - Denis Salukvadze, Acarıstanın maliyyə və iqtisadiyyat naziri - Ednar Nataridze olacaq.

Qeyd edək ki, Zurab Pataradzeinin Azərbaycandakı diplomatik missiyası 2026-cı ilin aprelində bitib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Acarıstan  


Bizi "telegram"da izləyin