Keçmiş erməni nazirlər arasında açıq toqquşma: Tonoyan Harutyunyanı cavab verməyə çağırdı

2025/11/1763017238.jpg
Oxunub: 534     14:48     28 Aprel 2026    
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ölkənin sabiq müdafiə naziri Vağarşak Harutyunyana cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

24 TV-yə verdiyi müsahibədə Tonoyan Harutyunyanın Gorus-Qafan yolunu yalnız Harutyunyanın özünün səyləri sayəsində saxlamağın mümkün olduğu, lakin yolun 10 noyabr bəyanatının nəticəsində təhvil verildiyi, həmin vaxt isə müdafiə nazirinin artıq David Tonoyan olduğu barədə bəyanatını şərh edib.

“Mən düşünürəm ki, siz atəşkəslə bağlı razılaşmaları oxumusunuz. Mən yalnız noyabrın 20-dək baş verən məsələlərə görə məsuliyyət daşıyıram. Noyabrın 20-dək belə bir qərar qəbul edilməmişdi, danışıqlar aparılırdı, mütləq həmin sərhəd hissəsi ilə bağlı deyil. Mən düşünürəm ki, Vağarşak Harutyunyana bu məsələ ilə bağlı daha bir sual verilməlidir, qoy birbaşa həmin hissə barədə danışsın”, - deyə Tonoyan bildirib. O, öz istefası və Harutyunyanın təyinat tarixi olan 2020-ci il noyabrın 20-nə toxunub.

Erməni jurnalist Harutyunyanın Zəngilan hissəsini saxlamağın zəruriliyi barədə danışdığını qeyd edib.

“O, (Harutyunyan-red.) xüsusilə seçkiqabağı mərhələdədir. Gəlin, mən ümumiyyətlə bununla bağlı danışmayım. Mən sizə deyirəm: sənəddə, həmin razılaşmalarda belə bir şey yoxdur. Xatırladığım qədərilə, baş nazir bu məsələyə toxunaraq bunun müəyyən şifahi razılaşmalar olduğunu qeyd edib. Onun şifahi razılaşmaları”, - deyə Tonoyan vurğulayıb.

O, həmçinin bildirib: “Şərh etmək istəmirəm, nə dediyini də eşitməmişəm. Mən sadəcə sizin mənə dediklərinizə reaksiya verirəm”.

Keçmiş erməni nazirin siyasi mübarizədə iştirak etməsi, eləcə də ümumiyyətlə keçmiş nazirlərin və yüksək vəzifəli şəxslərin siyasi proseslərdə iştirakına necə yanaşdığı və özünün bu yolu seçmək niyyətində olub-olmadığı barədə suala cavab olaraq David Tonoyan bildirib ki, bu mərhələdə belə bir niyyəti yoxdur. O xatırladıb ki, məhkəmə prosesi hələ başa çatmayıb və onun üzərinə qoyulan “intriqa”dan azad olması lazımdır. Eyni zamanda o əlavə edib ki, bu olmasaydı, o, siyasi iddia ilə çıxış edə bilərdi.

Kimi dəstəklədiyi barədə sualı keçmiş erməni nazir düzgün hesab etməyib. “Bəs varmı?”, - deyə erməni müxbir dəqiqləşdirib. “Əlbəttə”, - keçmiş erməni nazir bildirib. “Bu, hakim partiyadırmı?” sualına Tonoyan belə cavab verib: “Xeyr, hakim partiya deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Ermənistan  


Bizi "telegram"da izləyin