BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib

2026/04/1777372615.jpg
Oxunub: 324     14:27     28 Aprel 2026    
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib.

Ordu.az-ın məlumatına görə, BƏƏ Prezidentinin təbriklərini ölkənin XİN rəhbəri Səid bin Mübarək Əl-Haciri Prezident İlham Əliyevlə görüşündə çatdırıb.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırladı və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş etdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Azərbaycan  


Bizi "telegram"da izləyin