Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Ermənistan Milli Təhlükəsizlik Xidməti yeni yaradılan Kibermüdafiə Milli Mərkəzinin formalaşdırılması çərçivəsində kibertəhlükəsizlik mütəxəssislərinin cəlb olunması prosesinə başlayır.
Mərkəzin məqsədi Ermənistanın kiberməkanının müdafiəsini təmin etmək, müasir kibertəhdidlərə qarşı milli səviyyədə dayanıqlılığı artırmaq və qabaqcıl kibermüdafiə imkanları formalaşdırmaqdır.
Aşağıdakı mütəxəssisləri dəvət edirik:
- informasiya texnologiyaları və ya əlaqəli sahədə ali təhsili olan
- kibertəhlükəsizlik sahəsində nəzəri və/və ya praktiki bilik və təcrübəsi olan
- kibertəhdidlər və onlara qarşı mübarizə metodları barədə bilikləri olan
- analitik düşüncəyə, yüksək məsuliyyət hissinə və komanda işi hazırlığına malik olan şəxslər.
Beynəlxalq sertifikatların mövcudluğu və beynəlxalq standartların bilinməsi arzuolunandır: CISSP, OSCP, CRISC, CySA+, eCPPT, ISO/IEC 27001-27005 və ya ekvivalent”, - deyə elanda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az