Ordu.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.
Onun sözlərinə görə, 2025-ci ildə Ermənistan ordusunda 35 hərbi qulluqçu ölüb.
“Nikol Paşinyan sərhəddə sakitlik olduğu tezisini təbliğ etdiyi halda, “daxili düşmən” gənc həyatları məhv edir.
Korrupsiya, səmərəsiz idarəetmə virus kimi Silahlı Qüvvələrə nüfuz edib.
Seçkilərdə qalib gələcəyi halda, “Çiçəklənən Ermənistan” partiyasının prioriteti qarşıdakı 3-5 ildə müasir, peşəkar və texnoloji cəhətdən inkişaf etmiş ordu formalaşdırmaqdır”, - deyə Surenyants qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az