Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Konstitusiya islahatları şurası “ilişib” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, erməni nazir Srbuhi Qalyanın rəhbərliyi ilə icra hakimiyyətinə aid tənzimləmələr, Konstitusiyanın qəbulunun dəyişdirilməsi və referendumla bağlı tənzimləmələr müzakirə olunub.
“Şuranın üzvü, “sorosçu” Daniel İoannisyan özünün müəllifi olduğu internetə çıxış hüququna dair tənzimləmələri təqdim edərək bunun müasir demokratik cəmiyyətdə və insanın fundamental hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Adətən şura həftədə bir dəfə iclas keçirir, lakin bir aylıq fasilə ciddi şübhə və narahatlıqlara səbəb olur. Məlumatlarımıza görə, nazirlik qeyd etməsə də, aprelin 1-dən sonra daha bir iclas keçirilib, lakin həmin iclas qalmaqalla başa çatıb. Bundan sonra Qalyan bu şuranın işini davam etdirmək istəmir və yeni Konstitusiyanın hazırlanmasını tamamilə nazirliyin ekspertləri vasitəsilə həyata keçirməyi planlaşdırır”, - deyə nəşr bildirib.
Nəşrin mənbəsinin məlumatına görə, şuraya daxil olan və Qərb maliyyələşdirmə təşkilatlarının nümayəndələri olan 2 şəxs, yəni İoannisyan və Sakunts Konstitusiya ilə bağlı hakimiyyətin davranışından narazılıq ediblər.
“Onlar qeyd ediblər ki, Paşinyan və Qalyan Konstitusiya mətninin hazır olduğunu və artıq “Vətəndaş Müqaviləsi” idarə heyəti və fraksiyası ilə müzakirə edə biləcəklərini bildirirlər, lakin özləri hələ də heç bir tam mətni görməyiblər. Qalyandan izahat almağa çalışıblar, lakin o, səs-küy salıb, qışqırıb və heç bir məntiqli izahat vermədən iclas zalını tərk edib.
Mənbəmizə görə, Sakunts və İoannisyan hələ 1-2 həftə gözləyəcəklər, sonra isə səs-küy qaldıraraq konstitusiya dəyişiklikləri ətrafında nə baş verdiyi barədə ictimaiyyəti məlumatlandıracaqlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az