Rusiyada Ermənistanın mineral suyu qadağan olunub

2026/04/1777356774.jpg
Oxunub: 358     10:08     28 Aprel 2026    
Rusiyanın dövlət markalanma sistemi “Çestnıy znak” Ermənistanın “Cermuk” mineral suyunun partiyasının mağazalarda, o cümlədən onlayn satışını dayandırıb.

Ordu.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Perspektiv texnologiyaların inkişafı mərkəzinin (markalanma operatoru) baş direktorunun müavini Revaz Yusupov RBK-ya bildirib ki, dövriyyədə 338 min şüşə olub və yoxlama başa çatana qədər onların dövriyyəsinə icazə verilməyib.

Rospotrebnadzorun məktubunda bu addım “Rusiya vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısının alınması üçün təcili tədbirlərin görülməsi zərurəti” kimi qeyd olunur. Bildirilir ki, satışların dayandırılmasının səbəbi qurumun icbari tələblərinin pozulması olub.

Satış qadağası yuxarıda qeyd olunan ticarət nişanı altında 17 fevral 2026 -5 mart 2026-cı il tarixlərinə kimi olan müddət ərzində istehsal olunmuş məhsullara şamil olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin