Paşinyanın keçmiş komanda yoldaşı: “Erməni müxalifəti birləşməsə, səslər Paşinyanın xeyrinə parçalanacaq”

2026/04/1777354539.jpg
Oxunub: 475     09:40     28 Aprel 2026    
“Əgər “Bizim Tərzimizlə” hərəkatı yekun nəticədə erməni müxalifətinin birləşməsini təmin edə bilməsə, qarşıdan gələn parlament seçkilərində səslərin parçalanması baş verəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan hakim “Vətəndaş Müqaviləsi” partiyası partiyasından və onun fraksiyasından uzaqlaşdırılmış Birləşmiş Milli Konstitusiya Partiyasının sədri, parlament deputatı Hovik Ağazaryan deyib.

Onun sözlərinə görə, hadisələrin belə inkişafı hakim partiyanın simasında mövcud hakimiyyətin yenidən formalaşmasına gətirib çıxara bilər.

Erməni müxalifətçinin fikrincə, bu, birmənalıdır.

“Baxın, “Bizim Tərzimizlə” hərəkatı kimlərdən ibarətdir. Siyahılar açıqlananda gördük ki, orada siyasətçilər, tanınmış simalar var. Bu yaxşıdır, amma azdır. Çünki struktur baxımından yetərincə möhkəm deyil. Onların 2000 nəfər sona qədər dayanacaq etibarlı nümayəndəsi olacaqmı? Bu adamlar olacaq, amma sona qədər dayanmayacaqlar”, - deyə Ağazaryan bildirib.

Onun fikrincə, Ermənistan siyasi meydanında belə insan resursuna yalnız Daşnaksütun malikdir.

Erməni deputat əmindir ki, yalnız “Güclü Ermənistan” partiyası ilə “Hayastan” blokunun birgə çıxışı seçkilərdə aşkar üstünlük və nəticə etibarilə qələbə təmin edə bilər.

Ağazaryan hesab edir ki, əsas müxalif oyunçuların, xüsusilə “Hayastan” blokunun və “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və “Birliyin Qanadları” partiyalarının birləşməsi “bütün tərəflərin qələbə şanslarını ikiqat artıracaq”.

Erməni deputatın sözlərinə görə, bu təşəbbüsə qarşı çıxan və ya çıxacaq şəxslər bu və ya digər formada Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın qələbəsini və faktiki olaraq yenidən hakimiyyətə gəlməsini təmin edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağazaryan  


Bizi "telegram"da izləyin