Ordu.az xəbər verir ki, bu sınaq üçün “Boeing” şirkətinin “Approach-to-X” (A2X) avtonom eniş proqramından istifadə olunub və sistem real şəraitdə öz effektivliyini sübut edib.
Sistem çətin şəraitdə nəzarəti qoruyaraq pilotların iş yükünü əhəmiyyətli dərəcədə azaldır. Bu isə ekipajı əvəz etmədən avtomatlaşdırmanın real enişlərə inteqrasiyasına imkan verir.
A2X qabaqcıl rəqəmsal uçuş idarəetmə sistemi arxitekturası əsasında qurulub və helikopterə avtonom yaxınlaşmalar etməyə imkan yaradır.
“Techkult”un məlumatına görə, ilin əvvəlindən etibarən sistem artıq 150-dən çox avtonom yaxınlaşma həyata keçirib və mövqe dəqiqliyi 1,5 metrə qədər olub. Komandanlığın məlumatına görə, bu, məhdud ərazilərdə və ya zəif görünmə şəraitində eniş üçün kifayətdir.
Sistem real vaxt rejimində naviqasiya məlumatlarından və adaptiv idarəetmə sistemlərindən istifadə edir. Qeyd olunur ki, A2X pilotları əvəz etmir, əksinə onlara mürəkkəb gündəlik əməliyyatları yerinə yetirməkdə kömək edir. Ekipaj birbaşa uçuş zamanı daxil edilmiş məlumatları dəyişə və ya dəqiqləşdirə bilər. Bu yanaşma missiya zamanı təhlükələrə və qəfil dəyişikliklərə sürətli reaksiya verməyə imkan yaradır.
Sevinc Əliyeva
Ordu.az