Erməni ekspert: “Ermənistanda hakimiyyət yenidən formalaşarsa, Rusiya ilə münasibətlər dərin uçuruma düşəcək”

2026/04/1777354089.jpg
Oxunub: 328     09:28     28 Aprel 2026    
“Əgər Ermənistanın hazırkı baş naziri 50 faiz + 1 səs toplayaraq hakimiyyət formalaşdırsa, Rusiya ilə münasibətlər dərin uçuruma düşəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan bildirib.

“Böyük ehtimalla, ABŞ-nin İrana qarşı qarşıdurmasında quru müdaxiləsi cəhdi formasında müharibə mərhələsi gözlənilir və bu fonda Ermənistan vektoru dəyişməyə çalışır, buna görə də cəzalandırıla bilər. Bu isə Ermənistan üçün qazın, elektrik enerjisinin qiymətlərinə yenidən baxılması ilə nəticələnə bilər, həmçinin başqa problemlər də yarana bilər”, - deyə Gevondyan qeyd edib.

Onun qiymətləndirməsinə görə, Avropa İttifaqı-Ermənistan gündəliyi kağız üzərində mövcuddur, lakin bundan artıq deyil. Çünki münasibətlərin strateji səviyyədə elan edilməsinə baxmayaraq, hətta viza liberallaşdırılması məsələsində də irəliləyiş yoxdur.

Gevondyan xatırladıb ki, eyni zamanda Ermənistan ilə Avropa İttifaqı arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi (CEPA) belə uzadılmayıb. Həmin saziş erməni ixracatçılarına müəyyən güzəştlər verirdi.

“Avropa İttifaqı Ermənistana Rusiyaya siqnallar göndərə biləcəyi platforma kimi baxır. Üstəlik, Ermənistan özü belə platformaya çevrilməyi xahiş edib. Avropa İttifaqının hərbi strukturu yoxdur, buna görə də böyük istək olsa belə, Ermənistanın təhlükəsizliyini təmin edə bilməz və Ermənistan özünü Avropa İttifaqı ilə Rusiya arasında qarşıdurma meydanına çevirir. Halbuki ölkənin ağıllı rəhbəri bundan yayınmağa çalışmalıdır”, - deyə erməni politoloq vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı regionda koordinasiyaedici qüvvə kimi Türkiyəni görür. “Ermənistan heç vaxt Avropa İttifaqının üzvünə çevrilməyəcək, çünki ittifaq problemli ölkələrlə işləmək istəmir. ABŞ-yə və Avropaya kiçik ölkələr Rusiyaya qarşı fəaliyyət üçün lazımdır”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Ermənistan  


Bizi "telegram"da izləyin