Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.
O izah edib ki, bu məhsulların satışı üçün böyük bazar mövcuddur: Rusiya və Avrasiya İqtisadi Birliyinin digər ölkələri.
“Eyni şey elektronika və tibbi avadanlıq istehsalına da aiddir. Vergi güzəştləri verməklə xarici şirkətlərin istehsalını Ermənistana köçürməsi üçün şərait yaratmaq lazımdır. Digər cəlbedici xüsusiyyət Ermənistanda nisbətən ucuz işçi qüvvəsidir. Heç olmasa məhsulun ayrı-ayrı komponentlərinin istehsalı ilə məşğul olmaq, daha sonra isə tam istehsal dövrlərini işə salmaq olar”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az