Belçika A400M-i Haitiyə eniş zamanı güllə zədəsi aldı

2026/04/1777319227.jpg
Oxunub: 437     23:40     27 Aprel 2026    
Belçika Hərbi Hava Qüvvələrinə məxsus “Airbus A400M Atlas” tipli hərbi nəqliyyat təyyarəsi Haitidə Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyası üçün eniş zamanı yerdən açılan atəşə məruz qalıb.

Ordu.az xəbər verir ki, təyyarənin quyruq və mühərrik hissəsinə güllə dəyib.

Belçika Hərbi Hava Qüvvələrinin 15-ci Nəqliyyat Eskadrilyasına məxsus təyyarə zədə alsa da, təhlükəsiz şəkildə eniş edib.

Təxminən 80 hərbçini daşıyan dörd mühərrikli nəqliyyat təyyarəsi Birləşmiş Millətlər Təşkilatına dəstək missiyası çərçivəsində Dominikan Respublikasından Port-o-Prensə uçuş həyata keçirirdi.

Şəxsi heyətin endirilməsindən sonra təyyarə Santo-Dominqoya geri dönüb. Aparılan yoxlamalarda təyyarənin quyruq və mühərrik bölməsinə dəyən ən azı iki güllə aşkar edilib.

Hadisə zamanı uçuş parametrlərinin normal seyr etdiyi və hər hansı xəsarətin olmadığı bildirilib.

Baş verən hadisədən sonra planlaşdırılan ikinci uçuş ləğv edilib, təyyarə müvəqqəti təmirdən sonra Belçikadakı əsas bazasına qayıdıb.

Rəsmilər hadisənin Haitidəki təhlükəsizlik vəziyyətinin getdikcə pisləşdiyini bir daha ortaya qoyduğunu bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   A400M  


Bizi "telegram"da izləyin